Prezident seçkiləri ilə əlaqədar 4 seçki məntəqəsində nəticələr ləğv edilib

Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib.

Azadinform-un məlumatına görə, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında qəbul edilib.

Qərara əsasən, 57 saylıı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 seçki məntəqələrində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.

15.04.2018 12:08 / Baxılıb: 202 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo