Berdiməhəmmədov: Nəticə İlham Əliyevin xalq tərəfindən dəstəklədiyini göstərir

Adəm Abbaslı/AZADİNFORM. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Azadinform-un məlumatına görə, Q.Berdiməhəmmədov təbrik məktubunda qeyd edib ki, İlham Əliyevin seçkilərdə qələbəsi Azərbaycan xalqının onun dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursunu yüksək səviyyədə dəstəklədiyini göstərir:

"Türkmənistan və Azərbaycanı uzun əsrlərdən bəri davam edən dostluq və mehriban qonşuluq əlaqələri bağlayır. Əminəm ki, ölkələrimiz arasında yüksək əməkdaşlıq səviyyəsi və qarşılıqlı anlaşma Türkmənistan-Azərbaycan münasibətlərinin gələcəkdə daha da inkişafına və möhkəmləndirilməsinə xidmət edəcək".

Q.Berdiməhəmmədov Prezident İlham Əliyevə möhkəm cansağlığı, Azərbaycan xalqının tərəqqisi, çiçənlənməsi və sülh naminə yüksək dövlət postunda müvəffəqiyyətlər və böyük uğurlar arzulayıb.

13.04.2018 12:45 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo