Vətənimizin milli maraqlarını müdafiə etməyə hazırıq Murad Cəfərov

AZADİNFORM. Prezident İlham Əliyevə növbəti dəfə dövlət başçısı seçilməsi münasibəti ilə təbriklər gəlməkdə davam edir. Azadinform xəbər verir ki, Prezident İlham Əliyevi yaxın-uzaq xaricidən həmkarları ilə yanaşı bu ölkələrdə yaşayan sadə azərbaycanlılar, iş adamları, ictimai-siyasi, elm  xadimlər və diaspor fəalları da təbrik etməkdə davam edirlər. Belə təbriklərdən birini də sosial şəbəkələrdəki səhifəsində Ukraynada yaşayan azərbaycanlı ictimai xadim, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu İdarə Heyətinin üzvü Murad Cəfərov yazıb:

“Hörmətli soydaşlar, Azərbaycan xalqı öz Prezidentini seçdi. Biz də xaricdə yaşayan azərbaycanlılar, başqa dövlətlərin vətəndaşları olaraq sizin seçiminizə hörmətlə yanaşır, hamınızı ürəkdən təbrik edirik.

Cənab Prezident İlham Əliyevə güclü Azərbaycan naminə yeni müvəffəqiyyətlər arzu edirik! Eyni zamanda tarixi Vətənimizin milli maraqlarını diaspor olaraq yaşadığımız ölkədə ən yüksək səviyyədə hər zaman müdafiə etməyə hazırıq”. 


13.04.2018 10:00 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo