Prezidenti təbrik edirlər YENİLƏNİR

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibəti ilə təbrik zəngləri gəlməkdə davam edir.


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Şavkat Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.


Rusiya Federasiyasının prezidenti Vladimir Putin də bu gün Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. 

Prezident Vladimir Putin prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcək. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlət başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib. 

Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.


Növbəti təbrik Macarıstanın Baş naziri Viktor Orbandan gəlib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.


Həmçinin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd olmuş Qüdrət Həsənquliyev də prezident İlham Əliyevə zəng edib. Q. Həsənquliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib, Azərbaycanın inkişafı və xalqımızın rifahı yolundakı fəaliyyətində uğurlar arzulayıb.


Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç isə belə deyib:

Zati-aliləri. Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan vətəndaşları tərəfindən Sizə yenidən yüksək etimad göstərilməsi sübut edir ki, onlar Sizin ideyalarınızın gücünə və Azərbaycanın gələcək tərəqqisi barədə Zati-alinizin fikirlərinə dərindən inanırlar. Əminəm ki, xalqın etimadı onun uğur yolu ilə aparılmasını davam etdirmək üçün Sizin polad iradənizi daha da möhkəmləndirəcək.

Şadam ki, tezliklə yenidən Sizin ölkənizə gələcəyəm və həm mənim bundan əvvəlki səfərim, həm də başqa tədbirlər zamanı apardığımız məzmunlu söhbətləri davam etdirəcəyik. Çünki biz dövlətlərin beynəlxalq hüquq tərəfindən tanınmış suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi riayət edilməklə Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərimizi davam etdirmək arzusunda və əzmindəyik.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə ən səmimi ehtiramımı bildirirəm.


Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib:

“Hörmətli cənab Prezident. Aprel ayının 5-7-də Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Sizinlə görüşmək şərəfinə nail olduğum üçün Zati-alinizə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycanın iqtisadi tərəqqisinin və davamlı inkişafının təmin edilməsində ölkənizin geniş turizm imkanlarına malik olduğunu öyrənməkdən məmnun qaldım. Bu sahənin inkişafı üçün göstərdiyiniz davamlı səylərə və dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza isə əmin-amanlıq və tərəqqi arzu edirəm.

Əminəm ki, prezidentliyinizin yeni mərhələsində Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında mövcud olan sıx dostluq əlaqələri daha da möhkəmlənəcək.

Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişlənməsi üçün Sizin dəstəyinizin davamlı olacağına ümidvaram.

Möhtərəm cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirirəm.


Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev:

Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ötən seçkilərdəki qələbəniz sübut edir ki, Azərbaycan xalqı Sizin həyata keçirdiyiniz, vətəndaşların rifahının yüksəldilməsinə və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinizə yüksək dəstək verir.

Bu ali dövləti vəzifədə qardaş Azərbaycanın daha da firavanlaşması və nəzərdə tutduğunuz bütün planların səmərəli surətdə yerinə yetirilməsi yolunda Sizə yeni uğurlar arzu edirəm.

Qazaxıstan ilə Azərbaycan arasında sarsılmaz dostluğa və etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə Sizin böyük töhfənizi də qeyd etmək istəyirəm.

Əminəm ki, ölkələrimiz arasında yaranmış strateji əməkdaşlıq xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.


“ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarov:

Möhtərəm İlham Heydər oğlu. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından Sizə ən səmimi təbriklərimi çatdırım.

Seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən böyük etimad göstərməsi faktı, ilk növbədə, onu təsdiqləyir ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət səviyyəli tədbirlərin uğurlarına inanırlar. Onlar həyatlarının yaxşılaşmasına ümidlərini həm doğma Vətəndə, həm də onun hüdudlarından kənarda şəksiz nüfuz sahibi olan müdrik, uzaqgörən siyasi xadimin və dövlət xadiminin adı ilə – Sizin adınızla bağlayırlar.

Əminik ki, Siz Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq arenada onun mövqelərinin möhkəmlənməsi istiqamətində inamlı irəliləyişi böyük ruh yüksəkliyi ilə davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə nəcib quruculuq fəaliyyətinizdə uğurlar arzu edirik.


TÜRKSOY-un baş katibi Düsen Kaseinov:

Aprelin 11-də keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamımı bildirmək istəyirəm.

Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır.

TÜRKSOY-a yüksək diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi və bütün Azərbaycan xalqını bir daha təbrik edir, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıram.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə təbrik məktubu ünvanlayıb: “Hörmətli İlham Heydər oğlu. Yenidən prezident vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. 

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzu əyani şəkildə təsdiqləyir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində xidmətlərinizin etiraf olunmasına dəlalət edir. 

Sizin ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səylərinizi Rusiyada yüksək qiymətləndirirlər. Əminəm ki, biz birgə səylərimizlə bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin daha da genişlənməsini təmin edəcəyik. Bu, şübhəsiz, Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına uyğundur. 

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.


Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov:

Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi, Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunuzu dəstəklədi.

Qoy, bu inamlı qələbə Sizə ruh yüksəkliyi, ali dövləti vəzifənizdə bundan sonra da yorulmaz fəaliyyətiniz üçün qüvvə və enerji bəxş etsin, Azərbaycanın gələcəkdə də səmərəli sosial-iqtisadi inkişafının və ictimai-siyasi sabitliyinin təmin edilməsinə yönəlmiş yeni ideyaların, layihələrin, strateji təşəbbüslərin reallaşması üçün stimul olsun. Sizin qələbənizə ürəkdən sevinirəm, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar arzu edirəm.

Tatarıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə inamla baxıram, qardaş xalqlarımızın mənafeyi, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı naminə qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün birgə fəaliyyətimizə ümid bəsləyirəm.


Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov:

Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdəki möhtəşəm qələbəniz Azərbaycan xalqı tərəfindən Sizə göstərilən yüksək etimadın və dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirdiyiniz kursun dəstəklənməsinin əyani təsdiqidir.

Türkmənistan ilə Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi qardaş xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan Respublikasının xalqına isə əmin-amanlıq, inkişaf və rifah arzu edirəm.


Albaniya Respublikasının Prezidenti İlir Meta:

Hörmətli cənab Prezident. Sizi inamlı qələbəniz, yenidən çox böyük ictimai dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Ali dövləti fəaliyyətinizdə və dost Azərbaycanı daha da inkişaf etdirməkdə Sizə uğurlar arzulayıram.

Yeni mandatınız dövründə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin, xüsusilə iqtisadi və ticari sahələrdə daha da güclənəcəyinə və intensivləşəcəyinə qəti inamımı ifadə edirəm. Əminəm ki, TAP və İAP qaz kəmərləri kimi böyük layihələrin həyata keçirilməsinə və gələcəkdə Albaniyanın qazlaşdırılması imkanına Azərbaycan Hökumətinin və şəxsən Sizin göstərdiyiniz dəstəklə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı maraq doğuran digər sahələrdə də genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi münasib bildiyiniz vaxtda Albaniyaya dövlət səfərinə dəvət etmək arzumu ifadə etmək istəyirəm. İnanıram ki, bu səfər Albaniya və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha sanballı töhfə verəcək.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana və onun xalqına daha sürətli inkişaf və rifah arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.


Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina:

Möhtərəm İlham Heydər oğlu. Yüksək demokratiya şəraitində keçən Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Həyata keçirdiyiniz siyasətin, dövlət proqramlarının və planların Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, heç şübhəsiz, Sizə çox böyük inamın, sabitliyi və iqtisadi inkişafı təmin edən siyasi xəttinizin düzgün olduğunun əyani təsdiqidir. Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası dünyada azad, hüquqi və firavan dövlətlərdən birinə çevrilib.

Seçkilərdə Sizin inamlı qələbənizə qəti əmin idim. Çünki Azərbaycanın uğurlarını və azərbaycanlıların Sizə səmimi münasibətini, həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin dəstəkləndiyini kimdənsə eşitməmişəm, özüm bunun şahidiyəm.

Aviasiya ictimaiyyəti adından Sizə səmimi qəlbdən dövləti və beynəlxalq məsələlərdə daha böyük uğurlar və yeni nailiyyətlər, aydın səma arzu edirəm. Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram.


Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev:

Möhtərəm cənab Prezident. Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Müstəqil Azərbaycanın xalqı öz iradəsini inamla ifadə edərək ölkəni bundan sonra da rifaha və firavanlığa doğru aparmağı Sizə etibar etdi.

Əminəm ki, praqmatik dövlət xadimi kimi qazandığınız böyük nüfuz bundan sonra da çox mühüm daxili islahatlar aparılması və dünya siyasi arenasında Azərbaycanın mövqeyinin möhkəmlənməsi üçün etibarlı zəmin olacaq. Qəti əminəm ki, Sizin müdrik siyasətiniz və parlaq diplomatik istedadınız sayəsində Rusiya ilə Azərbaycanın yaxınlaşması davam edəcək və ölkələrimiz bundan sonra da müasir dövrün çağırışlarına layiqli cavab verəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq, qardaş Azərbaycan xalqına xoşbəxtlik, bolluq və sülh arzu edirəm.

Ukraynanın Prezidenti Petro Poroşenko:

Hörmətli İlham Heydər oğlu. Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirdiyiniz siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqidir.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq gələcəkdə də qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında səmərəli şəkildə inkişaf edəcəkdir.

İnanıram ki, Ukraynaya gözlənilən rəsmi səfəriniz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına əlavə impuls verəcək və qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsinə yardım edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.


Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev:

Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Səsvermənin nəticələri Azərbaycan xalqının Sizə yüksək etimadını, ölkənin dinamik inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirdiyiniz siyasəti dəstəklədiyini göstərdi.

Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz planları həyata keçirərək yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.


BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMTİP/BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai:

 Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İdarə Heyəti adından ən səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Bu qələbə ölkənin inkişafına və Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına layiqli töhfələr vermiş uğurlu islahatlarınızın və uzunmüddətli sosial proqramlarınızın bariz göstəricisidir.


Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili:

Zati-aliləri. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Şadam ki, ölkənizin və bütün region xalqlarının rifahı naminə həyata keçirdiyiniz uğurlu fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz. Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər və rəhbər müdrikliyi arzu edirəm. Dövlətlərimiz arasında davamlı və hərtərəfli strateji münasibətlərin təmin olunması Gürcüstan üçün çox əhəmiyyətlidir və mən qəti inanıram ki, biz ölkələrimizi bir-birinə daha da yaxın etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad Zati-alinizi ölkənizin milli birliyini, inkişafını, təhlükəsizliyini və rifahını daha da möhkəmləndirmək üçün səylərinizi davam etdirməyə ruhlandıracaq.

İnanıram ki, əlaqələrimizin və qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə əməkdaşlığımız uğurla davam edəcək.

Sizi səmimi qəlbdən bir daha təbrik edir və uğurlarınızın davamlı olmasını arzulayıram.


Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov:

Hörmətli İlham Heydər oğlu. Rusiyanın TASS informasiya agentliyinin kollektivi adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Seçicilərin fəallığı və Sizin namizədliyinizə verilən səslərin yüksək faizi insanların Sizə etimadının şəksiz sübutudur. Azərbaycan xalqı respublikanın uzun illər boyu getdiyi yol ilə həmrəyliyini azad və şəffaf seçkilər nəticəsində bir daha nümayiş etdirdi.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəhbər istedadınız bütün dövrlərdə Azərbaycanın qələbələrinin həlledici qüvvəsi olan xalqın zəngin mənəvi və yaradıcı potensialını səfərbər etməyə imkan verdi. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə dövlətinizin inkişafı və möhkəmlənməsi daha yüksək səviyyəyə çatacaq.

Bu əlamətdar gündə ən səmimi arzularımı, firavanlıq, yeni uğurlar diləyimi qəbul edin. Qoy, Sizin bütün xoş niyyətləriniz əvvəllər olduğu kimi, yenə də Azərbaycan xalqı tərəfindən həmrəyliklə qarşılansın, yaxın dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin.


Rusiya Federasiyasının Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedov:

Hörmətli İlham Heydər oğlu. Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan xalqı Sizə yenidən yüksək etimad göstərdi.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə böyük uğurlar arzu edirəm.


Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli:

Möhtərəm İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının rəyasət heyəti adından ən səmimi təbriklərimizi qəbul edin. Sizin yüksək nüfuzunuz, peşəkarlığınız və tükənməz enerjiniz, böyük siyasi və həyati təcrübəniz genişmiqyaslı dövləti vəzifələri uğurla həyata keçirməyinizə imkan verir. Siz istedadlı diplomat, təcrübəli rəhbər və yüksək mədəni dəyərlərə malik şəxsiyyət kimi XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfələr verirsiniz. Çox şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.


Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, professor doktor Ağabəy Azərbaycani:

Hörmətli Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatı adından təbrik edirəm.

Atanız Heydər Əliyevin və Sizin prezidentliyiniz dövründə Azərbaycanda əldə olunan böyük uğurları müşahidə etmək imkanım olub. Səhiyyənin inkişafı ilə bağlı gördüyünüz tədbirləri, o cümlədən bu sahə ilə bağlı dövlət proqramlarının qəbul olunmasını, yeni sağlamlıq müəssisələrinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bunların sayəsində Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində mühüm uğurlar əldə edilib. Səhiyyənin inkişafı istiqamətində davamlı səylərinizə görə Sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını arzulayırıq.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı çatdırıram.


Rusiya Federasiyasının Vladimir Vilayətinin qubernatoru Svetlana Orlova:

Möhtərəm İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzun, aktual daxili və xarici siyasət məsələlərinin həllində böyük xidmətlərinizin xalq tərəfindən dəstəkləndiyinin əyani təsdiqidir. Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Rusiyanın Vladimir Vilayəti ilə Azərbaycan Respublikasını səmimi dostluq münasibətləri birləşdirir, əmtəə dövriyyəsi artır, iqtisadi və mədəni əlaqələr genişlənir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzu edirəm.


Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Hüquq elmləri doktoru, professor Həsən Mirzəyev:

Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı Sizi yenidən dövlət başçısı seçməklə Sizə etimadını və müəyyənləşdirdiyiniz yolu - ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, Azərbaycan xalqının tərəqqisi və rifahının yüksəlməsi yolunu hərtərəfli dəstəklədiyini bir daha nümayiş etdirdi.

Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatlar yolunu layiqincə davam etdirirsiniz.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin praqmatik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir.

Bu gün Siz həyatınızın ən səmərəli mərhələsindəsiniz. Zəngin təcrübəniz müdriklik və həyati biliklərlə harmoniya şəklində uzlaşır. Artıq çox iş görülüb, gələcək isə yeni planlarla zəngindir.

Qoy, enerji, gümrahlıq və mənəvi qüvvə Sizin etibarlı tərəfdaşlarınız kimi qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

Sizə və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.


Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti qubernatorunun müşaviri Vaqif Məmişov:

Çox hörmətli cənab Prezident. Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun, ölkədə sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edən uzunmüddətli sosial proqramların gerçəkləşdirilməsinə yönəlmiş siyasi xəttinizin fəal dəstəklənməsinin daha bir sübutudur. Azərbaycanımızın çiçəklənməsi və nəzərdə tutulmuş bütün planların səmərəli yerinə yetirilməsi yolunda bu məsul vəzifədə Sizə yeni-yeni uğurlar arzulayıram.


Rusiya Müdafiə Nazirliyinin “Oboronpromekologiya” Federal Unitar Dövlət Müəssisəsinin direktoru Xamzat Bekov:

Hörmətli İlham Heydər oğlu. Seçkilərdə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uğurlar, nikbinlik, sülh və firavanlıq, Vətən naminə yeni quruculuq işlərinizdə ruh yüksəkliyi arzu edirəm.


Rusiya Federasiyası Dövlət Dumasının deputatları İosif Kobzondan və Valentina Tereşkova:

Əziz İlham Heydər oğlu. Biz əminik ki, Azərbaycan xalqı düzgün seçim edib. Sizi təbrik edirik, Azərbaycan xalqına firavanlıq diləyirik.


Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov:

Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin bütün dostlarınız və tərəfdaşlarınız bu qələbəni gözləyirdilər. Azərbaycan vətəndaşları tərəqqi, rifah və sabitlik ümidlərini bu qələbə ilə bağlayırlar. Seçiciləriniz həm qəlbin, həm də sağlam düşüncənin səsini dinləyərək seçim etdilər.

Güclü, savadlı, müasir, öz qərarlarında inamlı olan rəhbər hər zaman soydaşlarının və beynəlxalq tərəfdaşlarının ehtiramını qazanır.

Hörmətli İlham Heydər oğlu, Siz həm sadə insanların, həm siyasi elitanın, həm də işgüzar dairələrin ötən çətin illərdə ölkəyə rəhbərlik etmək sahəsində qazandığınız nailiyyətləri layiqincə dəyərləndirməsinə müvəffəq oldunuz.

Dünya siyasətinin burulğanında siyasi mətinliyi qoruyub saxlamağın, qlobal qeyri-sabitlik şəraitində milli maraqlar kursunu davam etdirməyin nə qədər çətin, maliyyə sabitliyi və iqtisadi inkişaf üçün yeni vasitələr axtarıb tapmağın nə qədər vacib olduğunu Azərbaycan xalqı yaxşı dərk edir.

İnanıram ki, ölkənizin daha parlaq gələcəyi naminə konkret planlarınız tükənməzdir. Bu planları həyata keçirmək üçün maksimum səy göstərəcəyinizə əminəm.

Həm öz adımdan, həm də Sizin MDBMİ-dən olan yoldaşlarınız adından Sizə dost Azərbaycanın Prezidenti vəzifəsində cansağlığı, tükənməz enerji və davamlı uğurlar diləyirəm.


“Russneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev:

Hörmətli İlham Heydər oğlu. Prezident seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycanın inkişafına, respublika vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı sosial proqramların uğurla həyata keçirilməsinə verdiyiniz böyük töhfəni təsdiq etdi.

Siz bütün enerjinizi respublikanın sosial-iqtisadi inkişafına sərf edirsiniz. Azərbaycanın inkişaf yolu Sizin adınızla bağlıdır.

Sizin həyatınız Vətənə və öz vəzifəsinə xidmət nümunəsidir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq arzu edirəm.


İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn:

Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Haşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün əsas amalımız olan regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir.

Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram.


Macarıstanın Baş naziri Viktor Orban:

Möhtərəm cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Biz müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk.

Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir. Məmnuniyyətlə demək istəyirəm ki, ötən illər ərzində ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə nail olmuşuq. Əmin ola bilərsiniz ki, Macarıstan hökuməti ölkələrimiz arasında mövcud olan hərtərəfli və qarşılılıqlı faydalı əməkdaşlığımızın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.


Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov:

Möhtərəm cənab Prezident. İcazə verin, Sizi Belarusun “Azərbaycan İcmaları Konqresi”, Belarusda yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edim.

Sizin uğurlu qələbəniz xalqımızın Sizə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətini müvəffəqiyyətlə davam etdirməyinizə etibar və inamın bariz nümunəsidir.

Sizin rəhbərliyiniz ilə aparılan fəaliyyət nəticəsində Vətənimizin sözün əsl mənasında çiçəklənməsinin templəri təkcə Azərbaycan diasporunu deyil, bütün dünyanı valeh edir.

Fürsətdən istifadə edərək, bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirik ki, biz həmişə Sizin tərəfinizdə olacaq, bütün fəaliyyətinizi dəstəkləyərək, xalqımızı xaricdə layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.


Kalmık müftisi Sultanəhməd Karalayev:

Hörmətli İlham Heydər oğlu. Kalmık Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərdəki qələbəniz vətəndaşların rifahının yüksəldilməsinə və beynəlxalq arenada ölkənizin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş siyasətinizi Azərbaycan xalqının tam dəstəklədiyinə sübutdur.

Bu məsul vəzifədə nəzərdə tutduğunuz bütün planların səmərəli və müvəffəqiyyətlə həyata keçirilməsi yolunda Sizə yeni-yeni uğurlar diləyirəm.

Allah-Təala Sizə, ölkənizə və xalqınıza tərəqqi, səadət və rifah nəsib etsin.


Şanxay Əməkdaşlıq Təşkilatının baş katib Rəşid Əlimov:

Möhtərəm İlham Heydər oğlu. 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Seçkilərin nəticəsi Sizin daxili və xarici siyasətinizə Azərbaycan xalqının böyük hörmətini, etimadını və onu hərtərəfli dəstəklədiyini sübut edir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi yolunda durmadan və dinamik şəkildə irəliləyir, dünya arenasında fəal mövqe tutur.

İcazə verin, fürsətdən istifadə edib Sizə Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə marağınıza və diqqətinizə görə səmimi minnətdarlığımı bildirim. Əminəm ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın qarşılıqlı maraq doğuran istiqamətlərdə dialoq üzrə tərəfdaşlar kimi əlaqələri Avrasiya məkanında sülh, sabitlik və birgə inkişaf naminə səmərəli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə quruculuq niyyətlərinizin reallaşmasında Sizə böyük uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulamaqdan, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləməkdən çox məmnunam.


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvləri:

Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Əminik ki, bu qələbə möhtəşəm mədəni irsə sahib olan, dünyaya Nizami Gəncəvi kimi dahi bir mütəfəkkir bəxş edən və bizə çox doğma olan Azərbaycanda demokratik institutların, dünyəviliyin və vətəndaş azadlıqlarının daha da möhkəmləndirilməsinə təkan verəcək.

Sizə möhkəm cansağlığı və davamlı uğurlar, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik. Zati-aliləri, ən dərin ehtiramımızı qəbul edin.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünya müstəvisində daha da yaxşı tanıtmaq istiqamətində səylərimizə sadiq qaldığımızı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvinin irsinə layiq olduğunu təmin etmək üçün əlavə mədəni tədbirlər keçirmək niyyətində olduğumuzu bəyan etməkdən məmnunuq. Bütün bunlar Sizin davamlı dəstəyiniz sayəsində mümkün ola bilər. Biz əminik ki, Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünyada təhsil, elm və beynəlxalq dialoqu təşviq edən və Azərbaycanın mədəni irsini dünya miqyasında daha yaxşı tanıdan bir qlobal mərkəz kimi davamlı inkişaf etməsini görməyə şad olacaqsınız.

Zati-aliləri, icazə verin, hamımızın adından Sizə dərin minnətdarlığımızı bildirək. Sizə cansağlığı və uğurlarınızın davamlı olmasını, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik.


Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakov, Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkel, Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili:

Möhtərəm İlham Heydər oğlu. Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresi və Azərbaycanın yəhudi icması adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər.

Azərbaycan ilə İsrail arasında səmimi dostluq münasibətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək.

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi təbrik edib: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Sizə xalqınızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan, onlar üçün xeyirli və müştərək maraqlara əsaslanan birgə əlaqələndirmə və əməkdaşlıq yollarının gücləndirilməsi üçün daimi istəyimizi bildirir, ölkəmizdə münaqişənin sona çatması və paytaxtı tolerantlıq, birgə yaşama və sülh şəhəri Şərqi Qüds olmaqla müstəqil dövlətimizin yaradılması üçün xalqımıza və onun mübarizəsinə bütün beynəlxalq dairələrdə verdiyiniz dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm. 
Zati-aliləri, ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm”.

GUAM-ın baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevi təbrik edib: “Sizi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM adından və şəxsən öz adımdan təbrik edirəm. GUAM-ın müşahidə missiyasının üzvü qismində Bakı, Sumqayıt şəhərlərində və ətraf qəsəbələrdəki seçki məntəqələrində olarkən seçicilərin yüksək fəallığına, seçki prosesinin qüsursuz təşkilinə və ölkə vətəndaşlarının öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldığına şahid oldum. 

Sizin inamlı qələbəniz ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının böyük etimadının göstəricisidir. 

Sizin rəhbərliyiniz ilə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edərək beynəlxalq arenada mühüm tərəfdaşa, sabitliyin və məhsuldar əməkdaşlığın önəmli amilinə çevrilmişdir. 

Qurucularından biri dahi Heydər Əliyevin olduğu Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM çərçivəsində regional əməkdaşlığın inkişafında Azərbaycanın yerini və rolunu, Sizin şəxsi töhfənizi biz yüksək dəyərləndiririk. 

 

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, güclü, müstəqil, inkişaf etmiş və demokratik Azərbaycanın tərəqqisi yolunda Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram. Ümidvaram ki, regionda sülh, sabitlik, dost ölkələrimizin və xalqlarımızın tərəqqisi və rifahı naminə GUAM çərçivəsində sıx qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da davam edəcəkdir”.

16.04.2018 18:45 / Baxılıb: 4147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo