Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Adəm Abbaslı/AZADİNFORM. Bu gün Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

Azadinform xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidi üçün yeni bina tikilib.

12.04.2018 11:17 / Baxılıb: 623 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo