Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini təbrik edib

AZADİNFORM. Aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Azadinform xəbər verir ki, Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

11.04.2018 23:51 / Baxılıb: 577 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo