Türkiyəli nazir: Demokratik seçkilərin xeyirli olmasını diləyirik

Türkiyənin inkişaf naziri Cevdət Yılmaz Azadinform-un Türkiyə müxbirinə müsahibə verib: 



Cənab nazir, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin mövcud  durumu barədə nə deyə bilərsiniz?


- Tam əminliklə deyim ki, əlaqələrimiz çox yaxşıdır. Sadəcə iqtisadi və enerji sahəsində deyil. Hər sahədə əlaqələr yüksək səviyyədədir. Məsələn, turizim, sənaye və tələbə sayı çoxdur. Biz Azərbaycanı öz ölkəmiz kimi görürük.  


Bəli, hazırda Türkiyədə 15 mindən çox azərbaycanlı tələbə təhsil alır...


- Əlbəttə, bu bizi çox sevindirir.


Azərbaycana səfər etmək şansınız olubmu?


- Doğrusu, ölkənizi gəzmək imkanım olmadı... Bu da mənim səhfim (gülür). Başqa bir ölkəyə səfər edərkən hava limanından keçə bildim. Amma, ilk baxışdan elə Azərbaycan haqda məndə xoş təəssüratlar yarandı. İnşallah gəlmək nəsib olar və rahatlıqla gəzərəm.


Yəqin ki, məlumatınız var. 11 apreldə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçimləri izləyə biləcəksinizmi?


- Bir ölkə, millət və dövlət üçün prezident seçkiləri çox vacibdir. Azərbaycan prezident seçkilərini demokratik dəyərlərə uyğun şəkildə təşkil edə bilən ölkələrdəndir. Biz də, bu demokratik seçkilərin xeyirli olmasını diləyirik. 


Cənab nazir, Azərbaycanla bağlı düşüncələrinizi öyrənmək istərdik. Azərbaycan dedikdə ilk ağlınıza nə gəlir?


- Azərbaycan bizim qardaş ölkəmiz, canımızdır. Bizim üçün önəmli və diqqətimizdə olan ölkədir. Biz dövlət olaraq ayrı, Millət olaraq, birik. Azərbaycanla Türkiyə münasibətləri xüsusi səviyyəyə malikdir. “Bir millət, iki dövlət” devizini əsas tutaraq Azərbaycandakı hər hadisə marağımızdadır. Azərbaycanlı qardaşlarımızın həyatını xoş yönə dəyişəcək bütün hadisələrin tərəfindəyik. Azərbaycan gənc dövlətdir. Müstəqilliyini qazandıqdan sonra isə hər sahədə irəliyə gedən bir ölkədir. Belə ki, bir tərəfdən iqtisadi irəliləmələrini, digər tərəfdən isə idarəçilik sahəsində demokratik dəyərlərin güclənməsilə inkişafını davam etdirməkdədir.


Fidan Afər

Ankara

28.03.2018 09:25 / Baxılıb: 609 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo