AŞPA-nın yaz sessiyasının vaxtı və ilkin gündəliyi açıqlanıb

Aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.

Məlumata görə, yaz sessiyasında qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq. Liviyada vəziyyət, “Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzularında müzakirələr aparılacaq.

Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir.

Qeyd edək ki, sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq. (apa)

23.03.2018 13:55 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo