Pakistan səfirliyində bayraqqaldırma mərasimi keçirilib

Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistanın Azərbaycandakı səfirliyində bayraqqaldırma mərasimi keçirilib.

Məlumata  görə, tədbirdə çıxış edən Pakistan səfiri Səid Xan Mohmand Pakistanın qurulmasının tarixçəsindən, eləcə də Pakistan-Azərbaycan əlaqələrindən söz açıb.

Səfir  bildirib ki, Azərbaycan və Pakistan arasında sadəcə müdafiə sahəsində deyil, digər sahələrdə də bir çox razılaşmalar mövcuddur: “Son 2-3 il ərzində əlaqələrimiz addım-addım inkişaf edir. İki ölkə  arasında ticarət və turizm sahəsində ikitərəfli münasibətlər, eləcə də ölkə liderləri səviyyəsində əlaqələr çox yaxşıdır. 2016-cı illə müqayisədə Pakistandan  Azərbaycana  gələn turistlərin sayı 300 nəfər artıb. Ümid edirəm ki,  bu il iki ölkə arasında birbaşa uçuşlar təmin ediləcək və bu da ölkələrimizi daha da yaxınlaşdıracaq”. (apa)

23.03.2018 11:45 / Baxılıb: 122 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo