"Hər zaman olduğu kimi dövlətimizə güvənirik"

Martın 20-də ata evi yanan mərhum jurnalist Zabil Müqabiloğlunun ailəsi üçün daha bir həmkarından dəstək gəlib. 

Tanınmış jurnalist Azər Həsrət Moderator.az-a açıqlamasında hadisədən təəsüfləndiyini, bayram günü belə bir hadisənin olmasını istəməzdim deyib:

“Bu haqda “facebook”da oxudum. Üzücü bir olaydır. O evin yanması həm də Zabilin xatirəsinin bir hissəsini özüylə apardı. Açığı, belə bir gündə, belə bir hadisənin olmasını heç kim istəməzdi. Amma olub. Mən istərdim ki, Sevinc xanım bir qədər təmkinli olsun. Necə deyərlər, cana gələcəyinə, mala gəlsin. Əsas odur ki, salamatçılıqdır. Müvafiq dövlət qurumlarının isə mümkün qədər tez hərəkətə keçməsi lazımdır. Ən azından Sevinc xanımın müvəqqəti mənzillə təmin edilməsi yaxşı olardı. Əlbəttə, imkan olsaydı, biz jurnalistlər ona kömək edərdik. Amma indiki şəraitdə bu məsələ bir az çətin görünür. Hər zaman olduğu kimi dövlətimizə güvənirik”. 

22.03.2018 19:05 / Baxılıb: 300 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo