Abşeronda xalça istehsalı emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azadinform-un xəbərinə görə, Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Nazirlər Kabineti və Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

22.03.2018 18:12 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo