Çin FED-in faiz artımı ilə bağlı qərarından sonra borclanma xərclərini qaldırıb

Çin Mərkəzi Bankı (PBOC) ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımından sonra 7 günlük əks-REPO faizini 2,50 %-dən 2,55%-ə qaldırıb.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Bank bununla bağlı açıqlama yayıb. 

Bildirilib ki, bu addım bazar gözləntilərinə uyğundur və FED-in faiz artımına verilən normal reaksiyadır.

Qeyd edək ki, FED martın 21-də uçot dərəcəsini 1,5- 1,75%-dək artırıb.

Dünya mətbuatının yazdığına görə, FED-in faiz artımı qərarından sonra dolların kursu sabit qalıb, qiymətli metallar isə bahalaşıb. 

22.03.2018 18:17 / Baxılıb: 141 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo