Türkiyənin 4 əsgəri şəhid olub, 4-ü yaralanıb

Suriyanın Afrin şəhərində əldəqayırma bombanın partlaması nəticəsində Türkiyənin 3 əsgəri şəhid olub, 3-ü isə yaralanıb.

Azadinform “Habertürk”ə istinadən xəbər verir ki, məlumatı Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib. 

Bundan başqa, Türkiyənin Bitlis əyalətində PKK terroçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər şəhid olub, biri isə yaralanıb. Yaralı əsgər Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində "Zeytun budağı" adlı antiterror əməliyyatına başlayıb. Afrin artıq terrorçulardan azad olunub. 

22.03.2018 17:54 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo