ABŞ və Avropa İttifaqı Gürcüstana maliyyə yardımı edəcək

ABŞ Konqresi Gürcüstana 105 milyon dollar yardım edəcək.

Azadinform-un Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın 2018-ci il dövlət büdcəsi layihəsində bildirilir.

Sözügedən sənədlə bağlı yekun səsvermə sabah keçiriləcək. Bundan sonra büdcə layihəsi ABŞ prezidenti tərəfindən təsdiq olunmalıdır.

Avropa İttifaqı da Gürcüstana maliyyə yardımı edəcək. Büdcəyə dəstək layihəsi çərçivəsində ayrılacaq 48 milyon avro maliyyə infrastrukturunun yenilənməsi, innovativ biznes modellərinin yaradılmasının stimullaşdırılması, biznes mübahisələri üzrə ədalətli qərarların qısa müddətdə qəbulunun təmin edilməsi və biznes-inkubatorlarının inkişafına dəstəyə yönələcək.

22.03.2018 17:16 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo