Agentlik sürücülərə müraciət etdi

AZADİNFORM. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-110-cu kilometrlik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.

Bu barədə Azadinform-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O deyib ki, sürücülər yolun həmin ərazisində diqqətli olmalı və müvəqqəti yol nişanlarına riayət etməlidirlər. 

22.03.2018 15:58 / Baxılıb: 221 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo