Film Fondunun işçilərinin maaşı artırılıb

AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Azadinform-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən Dövlət Film Fondunun direktor müavininin maaşı 725 manatdan 798 manata, direktor müavininin maaşı 615 manatdan 677 manata, şöbə müdirinin maaşı 545 manatdan 600 manata, baş mühafizəçisi, baş biblioqraf, baş redaktor, baş mütəxəssisin maaşı 475 manatdan 423 manata, aparıcı biblioqraf, aparıcı redaktor, aparıcı mütəxəssis, bərpaçı-rəssamın maaşı 450 manatdan 495 manata, arxivçi-biblioqraf, redaktor, fond üzrə elmi işçi, mütəxəssisin maaşı 440 manatdan 484 manata, Kompüter operatoru, sürücü, kinomexanik, katibə-makinaçı 190 manatdan 209 manata, yanğınsöndürən, gözətçi, film daşıyıcısı, xidməti otaqları yığışdıran, dalandarın maaşı 135 manatdan 165 manata qaldırılıb.

22.03.2018 14:50 / Baxılıb: 248 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo