AFFA hakimi təhqir edən futbolçunu cəzalandırıb

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Şüvəlan” komandasının futbolçusu Mirkamil Həşimini 4 oyunluq cəzalandırıb.

Azadinform xəbər verir ki, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin XIX turda “Turan Tovuz”la səfər matçının 90+4-cü dəqiqəsində hakimi təhqir etməsidir.

Futbolçuya verilən cəza ilə yanaşı, “Şüvəlan” 320 manat cərimələnib.

Qeyd edək ki, oyun “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

22.03.2018 14:23 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo