Azərbaycanla oyun bizim üçün bu dəfə asan olacaq

Samir Soltanov/AZADİNFORM. “İlk oyundan fərqli olaraq ikinci matç bizim üçün daha asan olacaq. Çünki rəqibi tanıyırıq və onlara qarşı yaxşı oynaya biləcəyimizi bilirik”. 

Azadinform qol-a istinadən xəbər verir ki, bu sözləri Kosovonun U-21 millisinin futbolçusu Mirlind Daku Avropa çempionatının seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib. O, Azərbaycanla ilk matçda çoxlu qol epizodu yaratdıqlarını söyləyib: “Onlara qarşı ilk görüşdə yaxşı oynadıq, çoxlu qol epizodu yaratdıq. Ancaq bu dəfə inanıram ki,qol epizodlarından istifadə edəcəyik. Hava bizə məşq etməyə imkan vermədi. Amma düşünürəm ki, biz tam hazırıq”.

22.03.2018 13:40 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo