Güləşçilərimiz Bolqarıstanda gücünü göstərəcək

Samir Soltanov/AZADİNFORM. 22-25 mart 2018-ci il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək. 

Güləş Federasiyasından Azadinform-a verilən məlumata görə, Yunan-Roma və qadın güləşi üzrə yığma komandamız üzvləri turnirdə iştirak edəcək.c
Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaq. 
Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaq. 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

22.03.2018 13:04 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo