Hakimiyyət müxalifətdən olan namizədlərin seçkilərdə iştirak etməsində maraqlıdır

Samir Soltanov/AZADİNFORM. “Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu günə qədər həyata keçirilən proseslərdə hər hansı bir maneə və ya qanun pozuntusu ilə rastlaşmamışıq”. 

Azadinform Sechki-2018.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov deyib. H.Rüstəmov qeyd edib ki, bu günə qədərki proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilib: “Hesab edirəm ki, hakimiyyət özü də müxalifətdən olan namizədlərin seçkilərdə iştirak etməsində maraqlıdır”. 

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.

22.03.2018 12:55 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo