Almaniya - Azərbaycan: Hakim təyinatları açıqlanıb

Samir Soltanov/AZADİNFORM. 17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsində bu gün keçiriləcək Almaniya - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb. 

Azadinform AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Ukrayna Futbol Federasiyasından Anastasia Romanyuk idarə edəcək. Ona Oleksandra Vdovina (Ukrayna) və Karolin Kaivoja (Estoniya) köməklik edəcək. Dördüncü hakim funksiyasını Reelika Turi (Estoniya) yerinə yetirəcək. 

Qeyd edək ki, Almaniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

22.03.2018 12:17 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo