Məzahir Pənahov MDB-nin İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim yaxından iştirak edən MDB nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov prezident seçkiləri ərəfəsində MSK-da keçirilən görüşdən məmnunluğunu bildirib. Sədr həmçinin qeyd edib ki, beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət verən MSK bu münasibətləri bundan sonra da davam etdirmək niyyətindədir. 

Viktor Quminski qarşıdan gələn prezident seçkilərinə hazırlıqlarla maraqlanıb. MSK sədri M.Pənahov sualları cavablandıraraq, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün gerçəkləşdirilmiş layihələri və bundan sonra atılacaq addımları diqqətə çatdırıb. 

Görüş çərçivəsində həmçinin, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

22.03.2018 10:51 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo