Ağsuda 36 yaşlı kişi bıçaqlanıb

Ağsu rayonunda iki şəxsin mübahisəsi qanlı hadisə ilə nəticələnib.

Şəhər sakini, 1982-ci il təvəllüdlü Cəlil Zakir oğlu Cəlilov həmyerlisi Tural Ağa oğlu Güləliyev arasında mübahisə yaranıb.

Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı T. Güləliyev üstündə gəzdirdiyi bıçaqla C.Cəlilova bir neçə bıçaq zərbəsi endirib. C.Cəlilov ağır vəziyyətdə Ağsu rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta ağırdır.

T.Güləliyev Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (report)

21.03.2018 16:19 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo