Kür və Araz çaylarındakı monitorinqin nəticələri açıqlanıb

AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayında növbəti monitorinq həyata keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən  124  m3/san artaraq 343  m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində və Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Mart ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6.99-7.02 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

21.03.2018 16:05 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo