Viktor Yuşenko: "Azərbaycanda seçkiqabağı demokratik mühit var"

Azərbaycanda seçkiqabağı demokratik mühit var. Seçkiqabağı mühitin şəffaflığı Azərbaycandakı sabitlik və inkişafla bağlıdır.

Azadinform xəbər verir ki, bu fikri Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko “sechki-2018.az” saytına açıqlamasında deyib.

Keçmiş Prezident seçki prosesinin hər bir ölkənin ən başlıca siyasi hadisəsi olduğunu bildirib.

Viktor Yuşenko vurğulayıb ki, Cənubi Qafqaz çox mürəkkəb regiondur. Azərbaycan bu regionda lider dövlətdir. Ölkədə sosial-iqtisadi inkişaf müşahidə olunur. Azərbaycan tərəfdaşlarla bəzən asan olmayan münasibətlərdə tarazlıq nöqtələrini tapır.

Ukrayna-Azərbaycan əlaqələrinə də toxunan keçmiş Prezident ölkələrimizin tərəfdaşlığını yüksək qiymətləndirdiyini deyib.

21.03.2018 14:54 / Baxılıb: 152 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo