| |||||
"Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır""Azərbaycan və gürcü xalqları tarixən dost və qardaş olublar. Sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birlərinə arxa və dayaq olublar". Bu fikirlər Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Novruz Bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb. Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub. Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır: "Biz bir ölkənin uşaqlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar. Sevincli və kədərli günlərdə bir-birlərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir". Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirərək deyib: "Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır". (report)
21.03.2018 14:37 / Baxılıb: 116 /
Bu bölmədə
|
![]() 20.04.2018
19.04.2018
|
© 2018 All right reserved www.azadinform.az | Powered by Danneo |