Texasda 6-cı partlayış baş verib, xəsarət alan var

ABŞ-ın Texas ştatında növbəti partlayış baş verib.
Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə xidmət məlumat yayıb.
Məlumata görə, hadisə Ostin şəhərində qeydə alınıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib. 30 yaşlı yaralının xəsarətinin ağır olduğu deyilsə də, həyatı üçün təhlükənin olmadığı bildirilir. 
Bu, Texasda ayın əvvəllərindən bu günə kimi baş verən 6-cı partlayış hadisəsidir.
Polis hadisənin digər partlayışlarla əlaqəli olub-olmadığını hələ müəyyənləşdirməyib.
21.03.2018 13:48 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo