Tramp Putinlə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib.  

Azadinform-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn Salmanla görüşündə bildirib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında silahlanma yarışı, habelə Ukrayna, Suriya və Şimali Koreyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə tezliklə V.Putinlə görüşmək niyyətindədir.   

ABŞ prezidenti silahlanma yarışının artıq nəzarətdən çıxdığını qeyd edib.

“Biz heç kimə heç vaxt malik olduqlarımıza yaxınlaşmağa belə imkan verməyəcəyik”, - deyə D.Tramp vurğulayıb.  

21.03.2018 13:06 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo