Yevlaxda sərxoş kişi öz həmyerlisini qətlə yetirib

Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.

Məlumata görə, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır. (report)

21.03.2018 12:07 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo