Rusiya xarici ölkə səfirlərini "Skripal işi" üzrə müzakirəyə dəvət edib

Rusiyanın Xarici İşlər Nazirliyi martın 21-də xarici dövlətlərin Moskvada akkreditə olunan bütün səfirlərini Silahlar üzərində nəzarət və onların yayılmaması məsələləri üzrə Departamentin rəhbərliyi və ekspertləri ilə Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın işinin müzakirəsi üçün görüşə dəvət edib.

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Görüşün əsas mövzusu Böyük Britaniyanın onun ərazisində zəhərləyici maddələrin tətbiqi barədə bəyanatları ətrafında yaranmış vəziyyətdir. Xarici dövlətlərin rəsmi nümayəndələrinə Rusiyanın məsələyə baxışının çatdırılması, mümkün sualların cavablandırılması, həmçinin Rusiya tərəfində yaranan sualların səsləndirilməsi planlaşdırılır", - deyə o əlavə edib.

21.03.2018 11:54 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo