Karuana heç-heçə edərək liderliyini qorudu

Amerikalı Fabiano Karuana FİDE-nin İddiaçılar turnirində çinli Din Lijenlə xalları yarı bölüb və Berlində keçirilən yarışda liderliyini qoruyub saxlayıb.

Azadinform xəbər verir ki, çərşənbə axşamı baş tutan IX turun partiyası qara fiqurlarla oynayan Din Lijenin 66-cı gedişindən sonra yekunlaşıb.

IX raunddan sonra Karuananın hesabında 6 xal var. Digər şahmatçılar aşağıdakı şəkildə qərarlaşıblar:

2. Şəhriyar Məmmədyarov (Azərbaycan, 5,5 xal), 3. Aleksandr Qrişuk (Rusiya, 5), 4-5. Din Lijen, Sergey Karyakin (Rusiya, hər ikisi 4,5), 6-8. Levon Aronyan (Ermənistan), Uesli So (ABŞ), Vladimir Kramnik (Rusiya, hamısı 3,5).

İddiaçılar turniri martın 27-də başa çatacaq. Onun qalibi cari ilin payızında hazırkı dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

21.03.2018 10:45 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo