Avropa İttifaqında miqrant böhranı başa çatıb

Avropa İtifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb.

Azadinform-un məlumatına görə, bunu Avropa İttifaqının daxili işlər, miqrasiya və vətəndaşlıq komissarı Dimitros Avramopulos "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Avramopulos Avropa İttifaqında miqrasiyanın idarə edilməsi ilə bağlı birgə səylərin nəticə verdiyini qeyd edib: "Avropa İttifaqı ölkələrində sığınacaq alınması ilə bağlı müraciətlərin sayı 2017-ci ildə 2016-cı illə müqayisədə 50 faiz azalıb ki, bu da 2014-cü ildəki göstəriciyə bərabərdir. Başqa sözlə, biz artıq böhrandan əvvəlki səviyyədəyik".

Qeyd edək ki. keçən il 650 min nəfər Avropa İttifaqı ölkələrində sığınacaq alınması üçün müraciət edib.

20.03.2018 18:57 / Baxılıb: 138 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo