Narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumların sayı açıqlanıb

Azərbaycanda 2017-ci il ərzində penitensiar müəssisələrdə saxlanılan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin sayı 5 min 570 nəfər olub.

Azadinform-un məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda  aidiyyəti qurumların təqdim etdikləri illik hesabatlar əsasında hazırladığı “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2017-ci ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı isə 2 min 923 nəfər olub.

20.03.2018 18:25 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo