Türkiyə Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqlinə çalışır

"Azərbaycanla birgə Cənub Qaz Dəhlizinin bel sütununun təşkil edən Trans-Anadolu qaz boru kəmərini (TANAP) bu il istifadəyə verəcəyik".

Azadinform-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

B. Yıldırım Cənub Qaz Dəhlizinin növbəti mərhələsinin Trans-Adriatik qaz kəməri (TAP) olduğunu qeyd edib: "Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Bu kəmərlə Azərbaycan qazı ilə bərabər gələcəkdə Türkmənistan qazının da nəqli istiqamətində səylərimizi davam etdiririk".

20.03.2018 17:46 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo