ABŞ səfiri Ermənistandakı korrupsiyanın səviyyəsindən şikayətlənib

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bu ölkədəki 3 illik fəaliyyəti ilə bağlı danışıb.

Azadinform-un "golosarmenii.am" saytına istinadən verdiyi məlumata görə, R. Millz səfirliyin fəaliyyəti dövründə prioritet istiqamətlərdən birinin korrupsiya ilə mübarizə məsələsi olduğunu bildirib.

R. Millz deyib ki, səfir kimi Ermənistana gələndən sonra əsas prioriteti korrupsiya ilə mübarizə aparan insanlara kömək etmək olub: "Bizim fəaliyyətimizin digər istiqaməti hökumətdə korrupsiya ilə mübarizə aparan və sistemi dəyişməyə çalışan insanlarla birgə işləmək oldu. Bu məqsədlə keçmiş baş nazirin formalaşdırdığı Korrupsiyaya qarşı mübarizə üzrə Şuraya kömək etməyə qərar verdik. Hesab edirəm ki, hakimiyyətdən sui-istifadə ilə əlaqəli olan korrupsiya məsələsi Ermənistanda ticarət və investisiyaların cəlb edilməsi istiqamətində ən əsas problem və mane olaraq qalmaqdadır".

20.03.2018 16:17 / Baxılıb: 139 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo