"Lion" Avrokuboklardan kənarlaşdırıla bilər

Fransanın "Lion" klubu Rusiya MOİK-i ilə matçda azarkeşlərin özlərini aparmasına görə açılmış intizam işi ilə əlaqədar ciddi sanksiyalar ilə üzləşə bilər.

Azadinform xəbər verir ki, Fransa klubunun 2017-ci ilin aprelində "Beşiktaş" (Türkiyə) ilə oyunda iğtişaşlara görə 2 il müddətinə şərti olaraq Avrokuboklardan kənarlaşdırılma cəzası var.

UEFA reqlamentinə görə, əgər komanda şərti cəza müddəti ərzində mövcud reqlamenti yenidən pozarsa, o zaman şərti tədbirlər real olacaq.

UEFA-nın komandanın işi üzrə iclası mayın 31-də keçiriləcək.

20.03.2018 16:08 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo