"Facebook" 5 milyard dollar itirib

"Facebook"un təsisçisi olan Mark Sukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.

Azadinform xəbər verir ki, bu barədə martın 19-da "Forbes" jurnalı yazıb.

Bazar günü keçirilən hərraclar zamanı "Facebook" 7%-dən çox ucuzlaqıb, şirkəti bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb.

Qalmaqal martın 17-də baş verib. "The New York Times" nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı "Cambridge Analitica" firması qanunsuz olaraq "Facebook"un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.

20.03.2018 15:44 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo