| |||||
Azərbaycan və Serbiya arasında qarşılıqlı sərmayə qoyuluşu müzakirə edilibAzərbaycan səfiri Eldar Həsənov Serbiyanın İqtisadiyat Nazirliyinin dövlət katibi Draqan Stevanoviçlə iki ölkə arasındakı siyasi və iqtisadi əməkdaşlığı, həmçinin qarşılıqlı sərmayə qoyuluşunu müzakirə edib. Azadinform Serbiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, D.Stevanoviç görüşdə Serbiya və Azərbaycan arasında siyasi münasibətlərin güclü olduğunu bildirib. Onun sözlərinə görə, Serbiya tərəfi iqtisadi əlaqələrin intensivləşməsində maraqlıdır. Dövlət katibi qeyd edib ki, Serbiyada investisiya yatırılması üçün geniş imkanlar yaradılıb və dövlət iqtisadiyyatın zəif inkişaf etmiş sahələrinə sərmayələrin qoyuluşunu təşviq edir. E.Həsənov vurğulayıb ki, azərbaycanlı iş adamları, əsasən, emal sənayesi, o cümlədən ağac emalı sahəsi üzrə müəssisələrin yaradılmasında maraqlıdırlar.
20.03.2018 14:53 / Baxılıb: 128 /
Bu bölmədə ![]() |
![]() 20.04.2018
12:50Sabah yağış yağacaq
|
© 2018 All right reserved www.azadinform.az | Powered by Danneo |