Türkiyə millisinin heyətində daha bir dəyişiklik edilib

İrlandiya və Monteneqro yığmaları ilə yoldaşlıq görüşləri ərəfəsində futbol üzrə Türkiyə milli komandasının heyətində daha bir dəyişiklik edilib.

Azadinform-un məlumatına görə, İspaniya "Selta"sında çıxış edən Emre Mor ağır qripə yoluxduğundan millidən kənarlaşdırılıb. 

Onu "Fənərbağça"nın yarımmüdafiəçisi Alper Potuk əvəzləyib.

Bundan əvvəl zədəli Oğuzhan Özyakupla Ömer Toprakın yerinə komandaya Mahmut Tekdemir və İrfan Can Kahveci dəvət olunub.

Qeyd edək ki, İrlandiya ilə oyun martın 23-də Antalyada, Monteneqro ilə qarşılaşma isə martın 27-də Podqoritsada keçiriləcək. 

20.03.2018 14:40 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo