Belarusiya millimiz ilə yoldaşlıq görüşündə yenilik edəcək

"Azərbaycan və Sloveniya ilə oyunlarda müəyyən taktiki dəyişikliklər edəcəyik".

Azadinform xəbər verir ki, bunu Belarus millisinin baş məşqçisi İqor Kriuşenko yoldaşlıq görüşü ilə əlaqədar Bakıya səfər öncəsi yerli telekanala açıqlamasında deyib. 54 yaşlı mütəxəssis bildirib ki, əsas yenilik bu olacaq.

Kriuşenko çatışmazlıqlardan da bəhs edib: "Təəssüf ki, yenə istədiyimiz oyunçuların hamısını toplaya bilmədik. Bu, zədəlilərin olması ilə əlaqədardır".

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus matçı saat 20:00-da başlayacaq. Rəqib komanda Bakıya bu gün gələcək. 

20.03.2018 11:48 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo