FHN baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi martın 19-da Şəkidə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Azadinform-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhəri, Aşağı Küngüt kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

20.03.2018 11:23 / Baxılıb: 130 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo