UEFA "Lion" klubunu cəzalandıra bilər

UEFA İntizam Komitəsi Fransanın "Lion" klubuna qarşı intizam işi açıb.

Azadinform-un məlumatına görə, səbəb klub azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində MOİK-lə matçda bir sıra qayda pozuntuları etməsidir.

Fransa təmsilçisinin fanatları stadiona əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Onlar həmçinin futbolçulara qarşı irqçi ifadələr səsləndirərək stadionun tribunalarını bloklayıblar. Bu məsələyə mayın 31-də baxılacaq.

Qeyd edək ki, Fransanın "Lion" klubu Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında səfərdə Rusiyanın MOİK klubunu 1:0 hesabı ilə məğlub etsə də, doğma azarkeşlər önündə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

19.03.2018 20:54 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo