Petkimə yeni baş direktor müavini təyin olunub

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”ə yeni baş direktor müavini təyin edilib.

Azadinform xəbər verir ki, bu barədə Holding Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

Məlumata görə, Dinçər Akbaba “Petkim”in layihələr və texniki xidmət üzrə baş direktor müavini təyin olunub.

Qeyd edək ki, bundan öncə “Petkim”in layihələr və texniki xidmət üzrə müavini Bilal Quliyev olub. O, SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”də yeni vəzifəyə təyin edilib.

19.03.2018 19:54 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo