Azərbaycan Prezidenti tunisli həmkarını təbrik edib

AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.

Azadinform-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram".

19.03.2018 18:06 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo