Avropa İttifaqı və İngiltərə Breksit üçün razılığa gəldilər

Ləman Hüseynzadə / AZADİNFORM. Avropa İttifaqı İngiltərə ilə Breksit məsələsində razılığa gəlib.

Azadinform xəbər verir ki, razılaşmaya əsasən, Breksitdən sonra keçid müddəti üçün İngiltərəyə 2 il vaxt veriləcək.

2019-cu ilin martında İngiltərənin Avropa İttifaqından ayrılmasını nəzərdə tutan sazişə görə, Birləşmiş Krallıq 2020-ci ilin sonuna qədər Aİ qanunlarına və Avropa Ədalət Divanının mühakiməsinə sadiq qalacaq.

Məlumata görə, sazişdə həlli tapılmayan yeganə məsələ İrlandiya sərhəddi olub.

19.03.2018 16:20 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo