Moskvada Russia,Land of Opportunity forumu keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Rusiyanın paytaxtı Moskvada “Russia,Land of Opportunity” forumu həyata keçirilib. 

Azadinform- xəbər verir ki, forumda dünyanın müxtəlif ölkələrindən dəvət olunan 300 nəfər gənc, həmçinin 4700 nəfər Rusiya vətəndaşı da iştirak edib. Layihənin ilk günü açılış mərasimindən sonra iştirakçılara layihə, layihənin proqramı haqqında məlumat verilib. İkinci gün iştirakçılar komandalara bölünərək Moskvanın muzey və teatrları ilə tanış olublar. Layihənin növbəti günlərində iştirakçılar qruplara bölünərək, müxtəlif mövzularla bağlı müzakirələr aparıb və prezentasiya hazırlayıblar. Hazırlanan prezentasiyaların təqdimatı keçirilib, musiqili konsert proqramı baş tutub. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və Rusiya Federasiyasının prezidenti Vladimir Putin iştirakçılarla görüşüb. Layihənin davamı olaraq iştirakçılar komandalara bölünərək Moskvanın müxtəlif şəhərlərinə iştirak hüququ qazanıblar. 

Qeyd edək ki, forumda Azərbaycanı iki nümayəndə: “İrəli” İctimai Birliyinin insan resursları katibliyinin əməkdaşı Gülər Hümbətova, aktyor və teleaparıcı Oleq Əmirbəyov təmsil edib.

19.03.2018 12:40 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo