Məzun evinin sakinlərinə bayram sovqatı paylanılıb - VİDEO - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Novruz bayramı ərəfəsində Masazır qəsəbəsində dövlət uşaq müəssisələrinin məzunları üçün salınan “Məzun evi” Sosial Müəssisəsində olublar.

Agentlikdən Azadinform-a verilən məlumata görə, təşkil olunan xeyriyyə tədbirində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın humanist təşəbbüsü ilə inşa olunan sosial müəssisədə dövlət uşaq müəssisələrinin məzunları üçün yaradılan şəraitdən danışılıb.

Bildirilib ki, burda mənzillə təmin edilən məzunlarından 40 nəfərdən çoxu əlilliyi olan insanlardır. İki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə 70 nəfərdən çox uşaq böyüyür. Hazırda “Məzun evi” sosial müəssisəsi üçün daha bir 120 mənzilli yaşayış binası da inşa olunur.

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin bayram təbriklərini çatdıran agentliyin Aparat rəhbəri Tariyel Pənahov isə qeyd edib ki, ölkəmizdə müvafiq təbəqədən olan digər vətəndaşlar kimi, uşaq müəssisələrinin məzunlarının da sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə müvafiq işlər aparılır. Bildirilib ki, Məzun evinin fəaliyyət göstərməsi həyata keçirilən uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirən və valideyn himayəsindən məhrum gənclərin rifahına verilən təminatın əyani təzahürüdür.

Təşkil olunan xeyriyyə tədbirində “Məzun evi” sosial müəssisəsinin sakinlərinə ərzaq məhsullarından ibarət bayram sovqatı paylandı. Məzun evinin sakinləri isə öz növbəsində bu əziz bayram münasibəti ilə  təşkil olunan xeyriyyə tədbirini, bu xoş məramı dövlətin onlara qayğısı kimi qiymətləndirdilər.

 

19.03.2018 11:35 / Baxılıb: 425 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo