Abituriyent jurnalının 1-ci nömrəsi nəşr edilib

Eşqin Nuruşov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 1-ci nömrəsini nəşr etdirib.

Mərkəzdən Azadinform-a verilən məlumata görə, jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

“Abituriyent” jurnalının 1-ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, hər bir fənn üzrə qəbul və buraxılış (tam orta təhsil səviyyəsi üzrə) imtahanı proqram¬ları, imtahan fənləri üzrə test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları öz əksini tapıb.

Bu nömrədə, həmçinin Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin qəbul kampaniyasının bütün mərhələləri ilə bağlı oxucuların sorğularına cavabları “Soruşun, cavab verək” rubrikasında təqdim olunub.

Jurnalda çap olunan “Uğura aparan vərdişlər” məqaləsində isə ən qabaqcıl şagird və tələbələrin hazırlıq rejimində istifadə etdikləri metodlar və onların vərdişləri dünya təcrübəsində istifadə olunan üsullarla müqayisəli şəkildə təhlil olunub. Həmin metod və vərdişlərdən daha çox diqqəti cəlb edənlər oxucuların ixtiyarına verilib.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

19.03.2018 10:50 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
    19.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo