Yeni Azərbaycan Partiyası Gəncədə təşviqat kampaniyasına start verib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Azadinform xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi təşviqat kampaniyasına uğurla qoşulub. Kampaniya başlayan andan etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təşviqat materiallarını 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar.

Partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. 100 nəfərdən çox gənc təşviqatçı qruplara bölünərək plakatların asılmasında fəalıq göstəriblər.  Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.

19.03.2018 10:40 / Baxılıb: 149 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.09.2018
21.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo