Dövlət Baxçalı yenidən MHP sədri seçildi

Bu gün Ankara şəhərində Milliyətçi Hərəkat Partiyasının (MHP) XII Qurultayı keçirilib.

Azadinform-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qurultayda MHP sədri postuna yeganə namizəd olan partiyanın hazırkı sədri Dövlət Baxçalı yenidən rəhbər seçilib.

O, 1169 qurultay nümayəndəsindən 1167-nin səsini toplayaraq 9-cu dəfə MHP sədri seçilib. 

18.03.2018 18:21 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo